Azərbaycan Şahmat Federasiyasında 2022-ci ilin yekunlarına həsr olunan görüş keçirilib.
Tədbirdə AŞF-in prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, İcraiyyə Komitəsinin üzvləri Sərxan Həşimov, Cahangir Ağarəhimov, baş katib İlahə Qədimova iştirak ediblər.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov tədbirə qatılmayaraq istefa verdiyi bildirilir.
Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Muxtar Respublikasının Milli Məclisinin sədri Vasif Talıbovun oğludur.Paytaxt.org