Bakıda açılan bir sıra qeyri qanuni Araz supermarket şəbəkələri ilə Aydın Talıbov öz qanunsuz işlərini həyata keçirir. Bunlara misal olaraq Sumqayıt, Yasamal və bir çox ərazilərdə yerləşən obyektləri göstərmək olar.
Aydın Talıbov “Veysəloğlu” şirkətlər qrupunun rəhbəri kimi də tanınır. “Veysəloğlu” şirkətlər qrupu mediada ən çox tənqid olunan şirkətdir. Bu edilən ən sonuncu qanunsuzluqlar, insanlığa sığmayan bir hərəkətdir. Aylardır şirkəti hidayət olunmağa çağırsalarda, onlar lap da üstünə qoyur, əməllərindən əl çəkə bilmirlər. Göydə Allah, Yerdə Azərbaycan qanunları sizi hidayət eləsin. Yəqin ki, cinayətkar cəzasını qısa müddət ərzində alar. Haqq nazilər amma üzülməz…
Qeyd edək ki, bir müddət öncə verilən məlumata görə “Veysəloğlu” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Özünüz baxın bir vaxtlar qılıncının qəbzəsi də kəsən Vasif Talıbov görəsən bu işdə Aydın Talıbova kömək edəcək mi…?
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. //gundelik-baku.com//