Cəmiyyət Manşet

Qalib həkim dövlətin imkanlarını özünə necə sərf edib… – İLGİNC FAKTLAR

“Bakı şəhər Narkoloji Dispanserinin fəaliyyətindəki neqativ hallar barədə indiyədək çox deyilib, çox yazılıb. Dispanserin əvvəlki rəhbərliyi, vəzifəli şəxslərlə bağlı gurultulu həbslər bir yana dursun, elə hazırki baş həkim – narkoloq Qalib Məmmədovun da vəzifəsindən sui-istifadə etməsi barədə internet resurslarında bu mövzuda kifayət qədər ciddi tənqidi informasiyalara rast gəlmək olar”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “Həmin məlumatlar doktor Qalib Məmmədovun özü tərəfindən təsdiq və ya təkzib olunmasa da, baş həkimin malik olduğu nəhayətsiz kapital, var-dövlət, mülk-səltənət hər şeydən xəbər verir.
Bizim indilərdə əldə etdiyimiz, amma tibb ictyimaiyyətinə çoxdan məlum olan informasiyaya görə, Qalib həkimin paytaxtda bir neçə özəl klinikası fəaliyyət göstərir. Onlardan ikisi (“Yasamal” və “Medikus” klinikaları) dispanserin yerləşdiyi Yasamal rayonundadır. Haqlı bir sual doğur: Quru maaşa işləməklə, bunca dəyərli daşınmaz əmlaka necə yiyələnmək, onları müasir tibb texnikası və avadanlığı ilə necə təchiz etmək olardı? Cavab bəllidir: Əlbəttə ki, vəzifədən sui-istifadə etməklə, yeyinti və maxinasiyalara yol verməklə, rüşvət almaqla. Doktor Q.Məmmədovun profili isə elə bir sahədir ki, burada əliəyrilik eləmək insanların taleyi ilə oynamaq deməkdir, narkomaniya kimi ağır bəlaya düçar olmuş gənclərin, yeniyetmələrin həyatını korlamaq sayılmalıdır. Bu böyük günahı isə Qalib Məmmədovun arabir “narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən tədbirlərdə gözdən pərdə asmaq üçün çıxış etməklə yuması qeyri-mümkündür. Çünki elin gözü tərəzidir. Dispanserin fəaliyyətini qiymətləndirmək üçün çox uzağa getmədən, elə qonşuluqda yaşayan sakinləri dindirmək, müəssisədə ötəri, vizual müşahidə aparmaq kifayətdir.
Dispanserdə xəstələrə pulsuz verilməli olan dərman preparatlarının xəstələrə verilməsi təmin edilmir. Müəssisədə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində müraciət edən şəxslərdən müxtəlif məbləğlərdə pullar rüşvət kimi tələb edilir. Burada müalicə kursu keçənlərin əksəriyyəti yenidən narkotikdən istifadə edərək dispanserə qayıdır. Çünki müalicə kursu tam deyil, psixoloji işlər qaydasında deyil, incidilmə halları var. Xörək normativə uyğun verilmir, döşək ağları təmiz olmur”.
Mövzuya qayıdacağıq.
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Qalib həkim dövlətin imkanlarını özünə necə sərf edib...
Qalib həkim dövlətin imkanlarını özünə necə sərf edib...
Qalib həkim dövlətin imkanlarını özünə necə sərf edib...
Qalib həkim dövlətin imkanlarını özünə necə sərf edib...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir