Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə iş adamı, sahibkar, fermer, biznesmen dövlətimizin yaratdığı münbit şəraitdən istifadə edərək fəaliyyət göstərir, yeni iş yerləri yaradır, milyonlar qazanır, dövlətin büdcəsinə böyük miqdarda vergi ödəyir, xeyriyyəçilik edir, orduya, şəhid ailələrinə yardım edir və s, və i. Bu adamların adı mətbuatda da nadir hallar da çəkilir.
Amma…. Əmması odur ki, Azərbaycanda özünü iş adamı, sahibkar kimi qələmə verən bir Müqayis Verdiyev var. Ki, neçə ildir adı mətbuat səhifələrindən düşmür. Bu adam qaşınmayan yerdən qan çıxartmaq, kimlərisə şantaj etməkdən sanki xüsusi ləzzət alır.
Yuxarıda qeyd etdiyimiz kimi… Sahibkar, iş adamı birincisi, yeni iş yerləri açır, insanları işlə təmin edir… Müqayis Verdiyevdən soruşan lazımdır ki, son 20 ildə neçə iş yeri açmısan, kimləri işlə təmin etmisən, maaş vermisən… Müqayis cavab verməsə də biz cavab verə bilərik. Bəli, Müqayis Verdiyev nəinki sıravi insanları, hətta Qarabağ qazilərini işlədərək pullarını verməyib.
Gördünüzmü, bunun əsl sifətini..?
İkincisi, iş adamları milyonlar qazanır, halal xoşları olsun. Amma… Əmması odur ki, Müqayis Verdiyev digər iş adamlarından daha çox qazanıb. İndi ondan soruşan lazımdır ki, bu illər ərzində dövlətin büdcəsinə neçə manat ödəmisən..?
Müqayis Verdiyev cavab verməsə də biz cavab verə bilərik. Bu özündən razı biznesmen dövlət büdcəsinə bu illər ərzində vergi ödəməkdən yayınıb. Kimin şübhəsi varsa, qoy müvafiq dövlət qurumlarına müraciət eləsin və obyektiv yoxlama keçirilsin. Onda məlum olacaq ki, bu illər ərzində Müqayis Verdiyev vergidən külli miqdarda yayınıb.
Üçüncüsü, yuxarıda qeyd etdiyimiz kimi iş adamları, biznesmenlər adətən xeyriyyəçilik edir, orduya, şəhid ailələrinə yardım edir. Amma tanıyanlar yaxşı bilir ki, bu uzun illər ərzində Müqayis Verdiyev hələ bir adamın bir yaralı barmağına … məlhəm qoymayıb.
Fikir verdinizmi, Müqayis Verdiyev sadaladığımız heç bir kateqoriyaya uyğun gəlmir. Amma… Əmması odur ki, Müqayis Verdiyev digər halal sahibkarlardan fərqli olaraq insanları aldatmaqla məşğuldur. Bəli, Müqayis Verdiyev insanları aldadaraq onları istismar edir, işlədib pullarını vermir, müxtəlif şirkətlərdən tikinti materialları alır, pullarını vermir.
Bəli, Müqayis Verdiyevin bu gün təkcə fəhlə və ustalara deyil, həm də tikinti materialları şirkətlərinə böyük miqdarda borcu var. Və həmin şəxslər Müqayis Verdiyevi axtarırlar. Hətta həmin şəxslər dövlət qurumlarının qarşısında aksiya da keçirmək istəyirlər.
İndi görürsünüzmü, Müqayis Verdiyev nə qədər insanları dövlətdən narazı salır. Bu adam heç bir sahəni, nə tikinti, nə inşaat, nə də digər sahəni normal bilmir. Çünki təhsili-filanı yoxdur. Əlindən heç bir normal iş gəlmir. Bu adamın bildiyi, özü də yüksək səviyyədə bildiyi bir sahə var: dələduzluq, işverənlik, aldatmaq, atmaq, şantaj, hədə-qorxu, təhdid və s. Yəni bu adam pul qazanmağın ancaq bu yollarını mükəmməl öyrənib.
Bu adam təkcə sadə, sıravi insanlara deyil e, vəzifəli şəxslərə, iri məmurlara da hədə-qorxu gəlir, onları şantaj edir və böyük miqdarda pullar qazanır. Bu adamın amalı, məqsədi çirkli yolla pullar qazanmaqdır. Bu adam təkcə iri məmurları pulla satın aldığını demir. Həm də medianı, mətbuatı əlində saxladığını iddia edir. Harada oturub-durursa, Prezident Administarsiyasındakı xanımların, məmurların adını çəkir, onlara bahalı hədiyyələr verdiyini deyir. Bütün bunlar azmış kimi, bəzi media orqanlarını, hətta müxalifət mətbuatına sponsorluq etdiyini də dilə gətirir.
Bəli, Müqayis Verdiyev dost olduğu, faydalandığı bir neçə icra başçısının üzünə duraraq onları şantaj edib. Hətta həbs olunmalarına da səbəb olub. Bütün bu qanunsuz əməllərinə görə, bir neçə dəfə həbsxana həyatı yaşayan Müqayis Verdiyev deyəsən islah oluna bilməyib. İndi onu yaxşıca islah etmək üçün növbəti dəfə yaxın zamanda hüquq-mühüfizə orqanları lazım olan yerə göndərəcəklər. Hazır ol, Müqayis Verdiyev. İçəridəki icra başçıları səni gözləyir.
P.S. Müqayis Verdiyev, bilirsəndə içəridə ərizə yazmağın işğalı var. Amma sənin üçün deyəsən içərindən də bir reportaj hazırlanır. //gundelik-baku.com//