“Yardımlı dağlıq bölgədir. – Respublika mərkəzindən 350-400 kllometr izaqlıqda yerləşən rayonlardan biridi. Sovet dönəmində özünün tütünçülüyü, üzümçülüyü, heyvandarlıqın inkişafı baxımından müəyyən uğurlara imza atmış bir dağlıq bölgəsi olmuşdur. Respublika müstəqillik əldə etdikdən sonra rayona mərkəzin köməyi bir qədər azaldı. İqtisadiyyatın çöküşü özünü biruzə verməyə başladı”. DİA.AZ bildirir ki, bu sözlər 1-ci Qarabağ savaşının döyüşçüsü Maşallah Məftun tərəfindən ölkə rəhbərliyinə ünvanlanan müraciətdə yer alıb. Daha sonra müraciətdə deyilir:
“Zavod-fabrik olmadığı üçün vətəndaşlar 100-də 70% -iş yerləri əldə edə bilmədilər. (bu təxmini rəqəmdir) Biz dəfələrlə zamanında Respublika rəhbərliyi qarşısında mələlə qaldırdıq ki, Yardımlıdan gömrük keçidi İrana açılsın həm xeyli insan işə düzəlsin, həmdə İrana Beləsuvar və Astaradan yox qısa yolla Deman kəndi istaqamətindən gediş-gəliş olsun. Bu xahişimizdə yerinə yetirilmədi. Bu günün mənzərəsinə baxanda bəzi rayonlar kimi Yardımlıda doğulan gənclərin demək olar ki, əksəriyyəti Bakıya, Qaradağa iş dalıycan gəlirlər. Bəzi kəndlər demək olar ki, boşalıb, yaşlılar qalmışdır. Buna səbəb nədir Əyər birinci iş yerlərinin yetərincə olmamasıdırsa ikincisi, rayonda sosial-məişət problemlərinin kəllə çarxa vurmasıdır. Detallara müraciət edək. Rayon dağlıq ərazidə yerləşməsinə baxmayaraq burada kəndlərdə su, qaz, demək olar ki, minimum dərəcədədir. Yollar müəyyən dərəcədə düzəlsədə yenədə istənilən səviyyədə deyil. Vərgədüz və Horavar kəndinin arasında olan Gerconu meşəsinin yerində artıq təsərrüfat işləri görülür. Meşə yoxdur. Azərbaycanda qaz istesalı başlanan ildən bu günədək bu rayona qaz çəkilməmişdir. Düzünü demək lazımdır ki, bəzi kəndlər vardır ki, oraya qaz çəkilmişdir. Horavar kəndi rayonun böyük kəndlərindən biridir. Bu kənd özündə haradasa 4-5 kəndi birləşdirir. Rayonun İcra nümayəndəliyi, Orta məktəb, Telefon qovşağı, və sair bu ərazidə yerləşir. Əyər bu kəndlərdə qaz yoxdursa bu mərkəzi kənddə yerləşən məktəbdə hansı kefiyyətdən danışmaq olar. Axı bu məktəb Azərbaycan Ordisina istər birinci, istər ikinci Qarabağ Vətən müharıbəsinə döyüşçülər vermişdir, Şəhid olanların ruhu qarşısında baş əyirəm. Xəbərlər gəlir ki, haçan soruşursan kəndə haçan qaz çəkiləcək Rayon rəhbərliyi deyir ki, növbəniz çatanda, konkret rəqəm deyilmir.Əcabə bu nə demək-Azərbaycan dünyaya qaz satır necə ola bilər ki, bu rayonun kəndlərinə qaz çəkilməsin. Mən buradan Cənab Prezident İlham Əliyevə və Hörmətli Mehriban xanım Əliyevaya səslənirəm- Bakıda yaşasamda Yardımlı rayonu mənim doğülduğün rayondur. Bu rayonun əksər kəndlərində qaz, içməli su yoxdur. Məzlum kənd adamları bilmirlər necə ocaq, təndir qalasınlar, ölüsü öləndə qonağı necə yola salsınlar. 2023-cü il büdcəsi 30 milyarddan yuxarı olan ölkə üçün belə deyək 5-10 kəndə qaz çəkmək nə problemdirki. Mən 1-ci Vərən müharibəsinin döyüşçüsü kimi Sizdən xahiş edirəm ki, bu kəndlərə özünüzün rəhimdilliyinizi, xeyriyyəçiliyinizi əskik etməyəsiniz. Bütün zəfərlərimiz Sizin adınızla bağlıdır. Elə bilirəm ki, 2023- cü il əziz Qarabağımızda, Zəngəzurumuzda zəfər ili olduğu kimi gözdən, könüldən uzaq olan Yardımlı bölgəsində də bəzi qlobal problemlərimiz həll olacaqdır. Qabaqcadan Sizə minnətdarlıq edirik”.
Məsələ diqqətimizdədir…
DİA.AZ