“Uşaq pulu, maddi yardım almıram, əmək haqqımı da vermirlər, mən nə etməliyəm?!” – NAXÇIVAN SAKİNİ “ÜSYAN EDİR”
Zirveyolu.info bildirir ki, Naxçıvan şəhəri, Culfa rayon sakini Mirhəsən Seyidov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2 aydan çoxdur əmək haqqı ala bilmir:
“Mən, Seyidov Mirhəmsən, yazaraq sizə bildirirəm ki, 2 aydır işlədiyim tikinti obyektindən əmək haqqımı ala bilmirəm. Heç bayramda da pul vermədilər ki, aparıb uşağımızı sevindirək. Fəhlə adamlarıq, ehtiyacımız ucbatından hər sözlərini götürürük ki, evimizə çörək pulu apara bilək.
2 uşağım var, onların yeməyini, təhsilini, heç bir xərclərini ödəyə bilmirəm. İşsizlik baş alıb gedir. Uşaq pulu almıram, maddi yardım almıram, əmək haqqımı da vermirlər, mən nə etməliyəm?
Ailəmi qoyub, bir müddət gedib Türkiyədə işlədim. Yenəmi gedim? Özüm də xəstəyəm. Bayram günü əmək haqqımı vermədilər, heç avans da vermədilər. Fikirləşmirlər ki, fəhlə gözünü maaşa tikir. Belə haqsızlıq olar? Biz nə edək?
Sizdən xahiş edirəm, bu məsələni işıqlandırın, bəlkə bizim haqqımızı verələr”.