Cəmiyyət

“YELO BANK” XALQA QARŞI… – 10 ailəyə qarşı iddia qaldırıldı

“Yelo bank” yanvar ayında 10 ailənin mənzildən çıxarılması üçün məhkəmələrə müraciət edib. Azərbaycanda banklarla bağlı problemlər bitmək bilmir. Sanki banklar vətəndaşın qəsdinə dayanmış rolunda çıxış edirlər.

Tribunainfo.az olaraq yanvar ayı üzrə araşdırma apararkən məlum oldu ki, yanvar ayı üzrə 200-dən çox məhkəmə çəkişməsi olan “Yelo bank” təkcə bu ayda 20 ailənin evdən çıxarlması üçün müxtəlif məhkəmələrə üz tutub. Bu statistika təkcə yanvar ayı üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, yanvar ayı digər aylardan fərqli olaraq daha az iş günü kimi xaraktezə olunur.

“Yelo bank”ın rəsmi saytında Bank rəhbərliyinin təmtəraqlı şəkilləri və gözəl cümlələrlə bəzədilmiş tərcümeyi halları adamın gözünü qamaşdırır. Ümid edirik ki, onlar ayda aldıqları vəsait hər bir azərbaycanlının xəyallarında arzuladıqları məvacibdir. Maraqlıdır, onlar məvacibin azlığındanmı bankda bu qədər problem yaradırlar? Yəqin ki, sözgüedən bankdan bu sualımıza cavab verən olmayacaq. İstənilən halda, qarşı tərəfin də cavabını işıqlandırmağa hazırıq.

İndi isə məhkəmələrin sıralamasına. Belə ki, həmin ailələrdən biri Məmmədovlar ailəsidir ki, “Yelo Bank” onları evlərindən çıxarmaq istəyir. Suraxanı rayonun hakimi Anar Qasimovun sədrlik etdiyi proses 31 yanvar tarixə təyin olunub.
Növbəti mənzildən çıxarılma isə Novruzovlar ailəsinin bəxtinə düşüb. Belə ki, proses Sumqat şəhər məhkəməsinin hakimi Elmir Hüseynovun sədrliyi ilə 31 yanvar, saat 10:00 təyin edilib.

“Yello bank”ın növbəti “qurbanı” Rəsulovlar ailəsi Sumqayitdandır. Sumqayıt şəhər mərhkəməsinin hakimi Günel Tanrıverdiyevin sədriliyi ilə baş tutacaq mənzildən çıxarma prosesi 27 yanvar tarixinə təyin olunub.

“Yelo bank”ın “Mənzildən çıxarılma” iddiası ilə daha bir prosesə bu dəfə Xəzər rayon məhkəməsinin hakimi Rübabə Qafarova sədrlik edəcək. Məmmədov Niyaməddin əmaləddin oğlunun özünə məxsus evdən çıxarılması üçün “Yelo bank”ın iddiasına 24.01.2023, saat 10:00 da baxılacaq.

“Yelo bank” təkcə paytaxt Bakı ilə kifayətlənmir. Bu dəfə Göyçay rayon məhkəməsinin hakimi İbrahim Fəttahovun sədrliyi ilə keçirilən prosesdə Şirinov Mehman Yusif oğluna məxsus əmlak sözügedən bankın əlinə keçəcək. Məlumat üçün bildirək ki, proses bizə məlum olmayan səbəblərdən dəfələrlə təxirə düşüb.

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın sədrliyi ilə keçiriləcək bir başqa proses də “Yelo bank”la 3 şəxs rasındadır. Bankın “mənzildən şıxarlma” iddasında cavabdehlər Xəlilova Günel, Naqdalıyeva Səyyarə, Hacıquliyeva Səyyarədir. Proses 23.01.2023, saat 11:50-ə təyin olunub.

Bankın daha bir mənzildən çıxarma iddasına Ağayevlər ailəsi tuş gəlib. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elmir Hüseynovunsədrlik edcəyi proses 13.01.2023-ə təyin edib.

Növbəti “mənzildən çıxarılma” prosesi də eyni şəhərdə eyni hakimin sədirliyi ilə baş tutacaq. Sumqayıt şəhər məhkəməsinin hakimi Elmir Hüseynovun sədirliyi ilə baş tutacaq proses 12.01.2023, saat 10:45-ə təyin edilib. Bu dəfə mənzilindən çıxarlması istənilən Kazımovlar ailəsidir.

Tribunainfo.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir