Fevralın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
“Zirvə yolu” Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə xəbər verir ki, Azərbaycanın rayonlarında fevralın 2-si qərb rayonlarından başlayaraq 3-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.