Cəmiyyət

“Premium Bank” rəhbərliyində YENİ TƏYİNAT OLUB – FOTO

Kamil Lətifov “Premium Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini, Baş Risk inzibatçısı təyin edilib.

Bu barədə bankdan bildirilib.

Qeyd edilib ki, K.Lətifov 2008-ci ildən bank sektorunda çalışır. Karyerasına “Bank of Baku “ ASC-də başlamışdır, 2016-cı ildən “Kapital Bank” ASC-də “şöbə rəisi” kimi çalışırdı. 2021-ci ildən “Premium Bank” ASC-də “Komplayens” departamentinin direktoru vəzifəsində çalışır.

O, Türkiyənin “Boğaziçi” Universitetində MBA dərəcəsinə yiyələnib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr və magistr təhsili alıb. Hazırda “iqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi üzrə təhsilini davam etdirir.

Kamil Lətifov bir çox beynəlxalq və yerli sertifikatlara malikdir.

Bura daxildir:

• Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə (ƏL/TMM) üzrə ABŞ-ın ən nüfuzlu sertifikatı olan “CAMS”-a sahib olması;

• Maliyyə Monitorinqi Xidmətinin ƏL/TMM üzrə sertifikasiya proqramını keçərək “Milli Ekspert” sertifikatı əldə etməsi.

O, Azərbaycan Banklar Assosiasiyasının “Komplayns” üzrə ekspert qrupunun üzvüdür. //Marja//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir