Özəl Klinikalara nəzarət itib – “Vital Hospital”da ölü doğulan uşağı zirzəmiyə atıblar – VİDEO
“Vital Hospital”da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib.
Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib. Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə klinikanın veb-saytına yerləşdirilən əlaqə nömrəsinə edilən zənglər cavabsız qalıb. Zəngə cavab verən əməkdaş – “bir saat sonra zəng edin”, söyləsə də, geri dönüş edildikdə zənglərə cavab verməyib.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, “Vital Hospital”la bağlı yayılan məlumat Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Nazirlikdən qeyd edilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb: “Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”.(Oxu.az)
VİDEO LİNKDƏ: https://baku.tv/dunyaa/vital-hospitalda-qalmaqal-olu-dogulan-usagin-soyuducu-adi-ile-zirzemiye-qoyuldugu-iddia-edilib





